Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında silahlı qarşıdurmada baş verib.
Mübahisəli sərhəd hissələrinin yerləşdiyi Qırğızıstan və Tacikistan sərhədində yenidən gərginlik yarandıqdan sonra Qırğızıstan Tacikistan sərhədində 9 kəndi boşaldıb. Qırğızıstanın Batken vilayəti Qubernatorluğundan verilən açıqlamada sərhəddə vəziyyətin gərgin olduğu və münaqişə bölgəsindəki 9 kənddən vətəndaşların təhlükəsiz yerlərə təxliyyə edildiyi bildirilib.
Qırğızıstan Səhiyyə Nazirliyindən verilən açıqlamada sərhəddə baş verən qarşıdurmada 4 qırğız əsgərinin yaralandığı bildirilib. Tacikistan mətbuatı isə qarşıdurma nəticəsində 13 tacik əsgərinin yaralandığı bildirilib. Tacikistan hələ ki, yaralıların sayı ilə bağlı rəsmi açıqlama verməyib.
Qırğızıstan Sərhəd Xidmətindən verilən açıqlamada, Tacikistan ordusunun hadisə yerindəki hərəkətlərinin koordinasiya edildiyi bildirilib və bu, təxribata əvvəlcədən hazırlıq görüldüyünü iddia edib. Açıqlamada Tacikistan əsgərlərinin qarşıdurmada pnevmatik top və tank əleyhinə silahlardan istifadə etməsinin iki ölkə arasındakı beynəlxalq müqavilə və razılaşmalara zidd olduğu qeyd edilib və tacik əsgərlərinin atəşi dayandırmaq çağırışlarına məhəl qoymadığı qeyd edilib.
Qırğızıstanın Energetika Nazirliyindən verilən açıqlamada silahlı qarşıdurmada elektrik xətlərinin sıradan çıxması nəticəsində sərhəddə yerləşən bəzi kəndlərin işıqsız qaldığı, qeyri-sabit vəziyyətə görə təmir-bərpa işlərinin aparılmasının mümkün olmadığı açıqlanıb.
Hazırda tərəflərin sərhədə əlavə hərbi qüvvə topladığı bildirilir.
TAHİR