Rusiya müxalifətinin lideri Aleksey Navalnı Rusiyada terrorizm və ekstremizmlə əlaqəsi olan şəxslər siyahısına daxil edilib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinin açıqladığı məlumat deyilir.
Federal Xidmətin açıqladığı siyahıda ölkədə terrorizm və ekstremizmlə əlaqəsi olduğu iddia edilən şəxslər və qurumlar haqqında məlumatlar yer alıb.
Rusiyalı dissident Aleksey Navalnının da yer aldığı siyahıda onunla əməkdaşlıq edən bəzi digər müxalifətçilərin də adları var.
Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır.
TAHİR