Ərdoğan Putin və Zelenskini Rusiya-Ukrayna gərginliyi ilə bağlı Türkiyəyə dəvət etdi - ilk reaksiya Kremldən gəldi

img

Kreml Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Ukrayna ilə bağlı təklifinə reaksiya verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, əgər Türkiyə Ukraynaya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təsir göstərə bilsə,bunu yalnız alqışlamaq olar.

"Biz istənilən ölkənin Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək səylərini alqışlayırıq. Rusiya və Ukrayna arasında əsas fikir ayrılıqları məhz Kiyev tərəfindən Minsk razılaşmalarının icra prosesinin dayandırılması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər götürdükləri razılaşmaları və öhdəlikləri yerinə yetirməyə sövq edə bilsələr, bunu yalnız alqışlamaq olar", - Peskov deyib.
O əlavə edib ki, təmasların keçirilmə yeri ikinci dərəcəli məsələdir. Əsas Ukraynaya təsir etməkdir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə həftədən sonra Ukraynaya rəsmi səfəri gözlənilir.

Səfər ərəfəsində Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini Türkiyəyə dəvət edib. Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

"Circle Foundation"-nın təşkil etdiyi tədbirdə Rusiya-Ukrayna arasındakı gərginliyin NATO-ya mümkün təsirləri barədə danışan Kalın Ərdoğanın hər iki lideri aralarındakı problemi, fikir ayrılığını həll etmək üçün Türkiyəyə dəvət etdiyini deyib.

"Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edir", – deyə o vurğulayıb.

Peşə etikası

Son xəbərlər