ABŞ kəşfiyyatı Ukraynada Rusiya işğalına qarşı müqavimət hərəkatı yaradır - xüsusi təlim görmüş hərbçi və kəşfiyyatçılar…

img

İddialara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın mümkün hücumuna qarşı müqavimət əməliyyatı keçirmək üçün Ukrayna ordusu və kəşfiyyatından olan bir qrupa gizli təlim keçib.

Baki-xeber.com xəbər verir ki, “Yahoo News” keçmiş və indiki kəşfiyyat rəsmilərinə istinadən yazır ki, keçmiş prezident Barak Obama dövründə qurulan Mərkəzi Kəşfiyyat İdarəsinin Quru Əməliyyatlar Departamentinin Ukrayna xüsusi təyinatlıları və kəşfiyyata bağlı qüvvələrə hərbi əməliyyatlar üçün təlim keçib.

ABŞ-ın cənub ştatlarından birində keçirilən bir neçə həftəlik intensivləşdirilmiş təlimin silah istifadəsi, kamuflyaj kimi bir çox sahələri əhatə etdiyi iddia edilir.

Proqramın Rusiyanın hücumunu birbaşa dəf etmək və mümkün bir işğal zamanı ruslara qarşı müqavimət əməliyyatı keçirmək üzərində qurulduğu bildirilir. Digər tərəfdən, təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı bildirilir.

Qeyd edilir ki, MKİ-nin sözügedən bölməsinə bağlı agentlər 2015-ci ildən mütəmadi olaraq Ukraynanın şərqinə səfər edib və Ukrayna ordusuna taktiki dəstək veriblər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər