"KKTC-ni yaşatmaq bizim ən böyük arzumuz və haqqımızdır" – Ersin Tatar

img

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar "Doruk" Fondunun Azadlıq Mücadiləsi lideri Dr. Fazıl Küçük ilə qurucu prezident Rauf Raif Denktaşın vəfatlarının ildönümü ilə bağlı təşkil etdiyi “Liderlərimiz” adlı foto-sərgiyə qatılıb.

Baki-xeber.com-un xəbərinə görə, sərginin açılışını edən Ersin Tatar belə anlamlı sərgi düzənləndikləri üçün fonda təşəkkür edib.

Ersin Tatar “Önəmli olan vəfadır”- deyib. 

Qeyd edək ki, "Doruk" Fondunun hazırladığı Dr. Fazıl Küçük və Rauf Raif Denktaşın vəfatlarının ildönümü ilə bağlı "Liderlərimiz" sərgisi dünən açılıb. Sərginin açılışına KKTC prezidenti Ersin Tatar, Mülki Müdafiə Təşkilatı sədri Atilla Karaca, Dr. Fazıl Küçükün oğlu Mehmet Küçük və "Doruk" Fondu Qəyyum Heyətinin sədri Doruk Hastunç ilə fondun üzvləri qatılıb. 

Dr. Fazıl Küçükü “müstəqillik liderimiz” kimi xarakterizə edən Tatar, Kıbrıs türklərinin Fazıl Küçükə cəsarətinə və Türkiyəyə olan inancına görə ümid kimi baxdığını qeyd edib. "Bir dəfə etdiyi telefon zəngində Denktaş ona “Bu bayrağı Dr. Fazıl Küçükdən almışam” deyən Tatar, müstəqillik mübarizəsinin Dr. Küçükün rəhbərliyi altında çox dəyərli insanlara verildiyini vurğulayıb. Ersin Tatar bu mübarizənin sonunda Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurulduğunu ifadə edərək, “Türkiyənin dəstəyi ilə KKTC-ni yaşatmaq bizim ən böyük arzumuz və haqqımızdır”- deyib.

SAMİRƏ

Son xəbərlər