Kremlin açıqlaması Nazarbayevlə bağlı şübhələri bir az da artırdı – “Elbaşı” haradadır…

img

Kremlin sözçüsü Dmitri Peskov, hadisələr baş verən zaman Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə əlaqə saxlayıb-saxlamadığını və ya belə bir planın olub-olmadığını bilmədiyini deyib.

Baki-xeber.com xəbər verir ki, Peskov, Rusiya liderinin hadisələr zamanı bütün məsuliyyəti öz üzərinə götürən Qazaxıstan prezidenti Tokayevlə daimi təmasda olduğunu bildirib.

Kremlin sözçüsü Tokayevin Nazarbayevin başçılıq etdiyi Təhlükəsizlik Şurasına sədrliyi öz üzərinə götürməsi və Nazarbayevin hazırda harada və hansı mövqedə olmasının Putini narahat edib-etməməsi sualını da cavablandırıb. “Bunlar suveren Qazaxıstan dövlətinin daxili işləridir. Prezident Putinin qarşısında duran əsas vəzifə Qazaxıstan tərəfinin xahişi ilə KTMT-nin himayəsi altında həyata keçirilən əməliyyatlara uyğun olaraq bu ölkənin prezidenti Tokayevlə müntəzəm əlaqə saxlamaqdır”, - o deyib.

Tahir TAĞIYEV

Son xəbərlər