ABŞ Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini xahiş edir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.
“Nə üçün Rusiyanın başbilən olduğu quruma üz tutmağa məcbur olmaları ilə bağlı real suallarımız var və bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - deyə Blinken CNN-ə müsahibəsində vurğulayıb.
O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib: "Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - diplomat bildirib.