Xəbər verildiyi kimi Qazaxıstan hakimiyyəti ölkədəki etirazlar arassında çox sayda olduğunu bəyan edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı bir görüntü də yayıblar.
Almatıda saxlanan Qırğızıstanda olan bir nəfər naməlum şəxslər tərəfindən aksiyalarda iştirak etmək üçün ona 200 dollar təklif edildiyini, daha sonra Qırğızıstandan şəhərə gəldiyini bildirib. Şəxsin bu açıqlamasını yerli “Khabar 24” televiziyası yayıb.
“Bir əcnəbi mənə zəng edərək 90 min Qazaxıstan təngəsi (200 dollardan çox) qarşılığında etiraz aksiyalarında iştirak etməyi təklif etdi. Qırğızıstanda işsiz olduğum üçün təklifi qəbul etdim” – o bildirib.
Həbs edilən şəxs həmin şəxslərin ona bilet alıb Qazaxıstanda yaşayış yeri təmin etdiyini, Özbəkistan və Tacikistandan olan 10-a yaxın adamla bir yerdə qaldığını deyib.
Qırğızıstan Daxili İşlər Nazirliyi isə pul qarşılığında Almatıya getdiyi bildirilən şəxsin əslində caz musiqiçisi Vikram Ruzahunov olduğunu açıqlayıb. Yaxınlarının verdiyi məlumata görə, tez-tez Almatıda qastrol səfərlərində olan Ruzahunov Yeni il gecəsi konsert üçün şəhərə dəvət olunub. Ruzahunov 16 dekabr 2021-ci ildə aldığı biletlə yanvarın 2-də saat 20:00-da Almatıya yola düşüb.
Açıqlamada Qırğızıstan təhlükəsizlik qüvvələrinin ölkəyə daxil olan və çıxan bütün vətəndaşlara nəzarət etdiyi qeyd edilib.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçibek Tasiyev isə bildirib ki, saxlanılan musiqiçi terrorçu deyil. Bunun səhv olduğunu deyən Taşıyev “Ölkənin təhlükəsizlik xidmətinin rəhbəri kimi sizi əmin edə bilərəm ki, onu terrorda ittiham etmək olmaz. O, yanlış zamanda yanlış yerdə olub”.
Tasiyev həmçinin bildirib ki, Qırğızıstan ərazisindən Qazaxıstana bir dənə də olsun terrorçu keçmir.
TAHİR