Rusiya Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbi qüvvə göndərməkdə davam edir.
Baki-xeber.com xəbər verir ki, Rusiya Mərkəzi Asiya dövlətinə yüzlərlə xüsusi təyinatlı, paraşütçü və hətta tanklar göndərir.
Rusiya Müdafiə Nazirliyinin bununla bağlı yaydığı görüntülərdə tanklarının təyyarələrlə Qazaxıstana aparıldığı görülür. Sülhməramlı qüvvələr adı ilə Moskvanın Qazaxıstana xüsusi təyinatlılar, yüzlərlə paraşütçü və hətta tanklar göndərməsi Rusiyanın Qazaxıstanda müharibə hazırlıqlarına başladığı təsəvvürünü yaradır.
Tahir TAĞIYEV