Almaniya hökuməti Qazaxıstandakı qarışıqlıq səbəbindən keçmiş sovet ölkəsinə silah tədarükünü dayandırmaq barədə qərar qəbul edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniyanın dpa xəbər agentliyi məlumat yayıb.
Almaniya hökumətindəki mənbə agentliyinə, ötən il Qazaxıstana silah tədarükünün yolunu açan 25 lisenziya verildiyini, bunun ümumi dəyərinin 22 milyon avro təşkil etdiyini söyləyib. Bu rəqəmdən imtina etməyin o qədər də asan olmadığını qeyd edən mənbə, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, silah tədarükünün dayandırılmasının yerində verilmiş qərar olduğunu deyib.
SAMİRƏ