Rusiya ABŞ dövlət katibi Blinkenin “Ruslar evinizə girdisə, onları evdən çıxarmaq çox çətin ola bilər” sözlərinə cavab verib.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib.
"Birləşmiş Ştatlar evinizə girdisə sağ qalmaq, qarət edilməmək və təcavüzə məruz qalmamaq çətindir. Bu dəvətsiz qonaqları qapılarının ağzında görən Şimali Amerika yerliləri, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və daha çox sayda bəxtsiz insanın əlavə deyəcəyi çox şey var" - Rusiya XİN-in paylaşımında deyilir.