ABŞ dövlət katibi Antoni Blinken Qazaxıstanda baş verən hadisələrdən narahat olduqlarını, lakin bu ölkənin KTMT-nin köməyi olmadan vəziyyətdən çıxa biləcəyinə inandıqlarını bildirib.
Baki-xeber.com xəbər verir ki, Blinken keçirdiyi mətbuat konfransında Qazaxıstanda fövqəladə vəziyyət rejimindən çox narahat olduqlarını deyib: “Biz bu ölkənin hökumətinə xəbərdarlıq etmişik ki, müdaxilə ölçülü və etirazçıların hüquqlarına uyğun olmalıdır".
Qazaxıstanın KTMT-yə yardım müraciətinin suallar doğurduğunu ifadə edən Blinken, bu ölkənin problemi təkbaşına həll etmək üçün kifayət qədər resursunun olduğunu bildirib və "Xarici yardıma niyə ehtiyac duyduqları bəlli deyil" deyib.
Qazaxıstandakı zorakılığın iqtisadi səbəbləri olduğunu bildirən Blinken daha sonra, “Tarixdən bir dərs: Ruslar evinizə girdisə onları oradan çıxarmaq bəzən çox çətin olur” sözlərini işlədib.