Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanda baş verənləri Rusiyanı qana bulamaq üçün ətrafındakı sovet ölkələrinə hücum cəhdi kimi qiymətləndirib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko deyib ki, Rusiyanı qana bulamaq istəyirlər.
"Qazaxıstandakı vəziyyət Rusiyanın ətrafındakı sovet ölkələrinə hücum cəhdidir. Onlar Rusiyanı qana bulamaq istəyirlər. Bir daha təkrar edirəm; Rusiya dağılsa, harda olduğumuzun fərqinə belə varmayacağıq. Üstümüzdən keçərlər. Ona görə də. , bədəli nə olursa olsun, sivilizasiyamızın mərkəzi, pravoslavlığımızın mərkəzini qorumalıyıq. Bu gün Rusiya Federasiyasındakı torpaqları da qorumalıyıq" - Lukaşenko deyib.
TAHİR