Qazaxıstanda qiyabi mühakimə olunan, 2013-cü ildən Fransada yaşayan sabiq energetika naziri, iş adamı Muxtar Ablyazov Qazaxıstanda müxalifətin və etiraz aksiyalarının lideri olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, Ablyazov bu barədə "Reuters" agentliyinə açıqlama verib.
"Almatıdakı etirazçılar nə etməli olduqlarını hər gün məndən soruşurlar. Əgər etirazlar lazımi mərhələyə çatarsa, müvəqqəti hökumətə rəhbərlik etmək üçün Qazaxıstana qayıdacağam".
Etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən maliyyə yardımı almadığını iddia edən Ablyazov Nursultanın Moskva ilə yaxınlaşmasının qarşısını almaq üçün Qərb ölkələrini Qazaxıstandakı vəziyyətə müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl mətbuatda qazax milyarder Ablyazovun 2005-ci ildə Qırğızıstanda “lalə inqilabı”nı maliyyələşdirdiyini etiraf etdiyi bildirilirdi.
TAHİR