Qazaxıstanın Aktau şəhərində etirazlar davam edir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Aktau ilə hava limanı arasındakı yolu bağlayıblar.
Qazaxıstanın “Haber 24” televiziyası bildirir ki, Aktauda etiraz aksiyası davam edir.
“Polis aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb. Rayonda çadırlar qurulub. İnsanlar mərkəzi meydanlara toplaşmağa davam edir” - deyə məlumatda bildirilir.
Bir qrup etirazçının Aktau ilə hava limanı arasındakı yolu bağladığı qeyd edilir.
“Vlast” qəzeti isə xəbər verir ki, ölkənin ən böyük şəhəri Almatıda silahlı qarşıdurma və şiddətli partlayış səsləri eşidilir.
"Mir-24" televiziyası isə bildirir ki, Almatı şəhərində axşam saatlarında atışma yenidən başlayıb. Hadisə şahidləri Respublika Meydanı ərazisində toqquşmaların baş verdiyini bildiriblər.