Qazaxıstan Daxili İşlər Nazirliyi silahı yerə qoymaqdan imtina edənlərin “məhv ediləcəyini” açıqlayıb.
Baki-xeber.com Sputnik Qazaxıstan-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi kütləvi tədbirlərdə iştirak edən və silahı yerə qoymaq tələblərini yerinə yetirməkdən imtina edənlərin məhv ediləcəyi bildirib.
“Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi təqdirdə, həmin şəxslər (iğtişaşlarda iştirak edənlər) məhv ediləcək”, – deyə məlumatda bildirilir.