Qazaxıstanın Aktau şəhərində insanlar yenidən meydana toplaşmağa başlayıblar. Baki-xeber.com Sputnik Qazaxıstan-a istinadən xəbər verir ki, toplaşanlar arasında qadınlar, uşaqlar və yaşlılar da var.
Meydandakı insanların bir qisminin gün ərzində dağılışmasına baxmayaraq axşam saatlarında yenidən və daha çox insan toplaşmağa başlayıb.
Aktauda kiçik marketlər açıq saxlanılır, satış yalnız nağd şəkildə həyata keçirilir. Böyük ticarət mərkəzləri bağlanıb. Ancaq küçələrdə polis və ya əsgər görünmür.
Sputnik Qazaxıstan xəbəbr verir ki, Jambıl vilayətinin inzaibati mərkəzi Taraz şəhərində isə atəş səsləri eşidilir.
Bundan başqa, Qazaxıstanın ən böyük şəhəri və ilk paytaxtı olan Almatıda telekanalların yayımının kəsildiyi bildirilir.
Bundan öncə Almatıda etirazçıların “Koktobe” televiziya qülləsini ələ keçirmələri barədə məlumatlar yayılmışdı. Informburo.kz nəşrinin məlumatına görə isə, şəhər polisinin rəsmi nümayəndəsi Saltanat Azirbek bu məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.