Almatı şəhərində keçirilən aksiya zamanı iki minə yaxın etirazçı saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan KİV-i yayıb.
“Almatı şəhərinin polis departamentinin əməkdaşları Karasay batır – Masanci küçələrinin təmizlənməsinə başlayıb. Qanunu pozan şəxslərin saxlanılması üzrə tədbirlər görülür. Ümumilikdə polis orqanlarına iki minə yaxın adam gətirilib”, - deyə Qazaxıstan DİN-in yaydığı məlumatda bildirilir.
Qazaxıstan Sahibkarlarının Maliyyə Palatası isə yaydığı məlumatda bildirib ki, ölkədə 300-ə qədər ticarət, nəqliyyat obyektinə zərər dəyib. Almatıda 6 silah mağazasında oğurluq olub. İlkin hesablamalara görə, kütləvi aksiyalar zamanı 92 milyon dollar həcmində ziyan dəyib.
Bu arada Qazaxıstan DİN əcnəbilərin ölkəyə gəlişinin yasaqlanması barədə məlumatı təkzib edib.
"İnformasiya doğru deyil", - nazirliyin rəsmi təmsilçisi Aybek Smadyarov bildirib.
Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimi ilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb. Bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi məlumat yayıb.