Qazaxıstan fövqəladə vəziyyət rejimi ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişini dayandırıb. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi bildirib.
Qazaxıstan Mərkəzi Bankı isə ölkədəki bütün maliyyə təşkilatlarının fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.
Qeyd olunur ki, qərar Qazaxıstanın bütün regionlarında fövqəladə vəziyyətin tətbiq olunması və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib.
Qərara əsasən, antiterror əməliyyatlarının keçirilməsi və internetdə fasilələrin yaranması nəzərə alınaraq yanvarın 6-da bütün maliyyə təşkilatlarının, o cümlədən bankların, Qazaxıstan Fond Birjasının və digər qurumların işi dayandırılır.