Məşhur jurnalist və şərhçi Pepe Eskobar Qazaxıstandakı xaosun sponsorunun Britaniya kəşfiyyatı MI6 olduğunu iddia edib.
Baki-xeber.com xəbər verir ki, jurnalist bu barədə twitter səhifəsində paylaşım edib.
İddiasını kəşfiyyat mənbələrinə əsaslandıran Eskobar yazır: "Maydan (Ukraynada keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırıldığı çevriliş prosesi) yenidən işə salınıb. Gələn həftə Cenevrədə keçiriləcək Rusiya-ABŞ danışıqlarından əvvəl, onlar Rusiyaya qarşı yeni cəbhə açdılar. Onlar Şərqdə Rusiyanın başını qatmaqla onu Qərbdə geri addım atmağa məcbur etmək niyyətindədirlər".