KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası (KTMT) təşkilatın sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.
Baki-xeber.com xəbər verir ki, bunu Ermənistanın baş naziri, 2022-ci ildə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan deyib.
KTMT Katibliyi də açıqlama yayaraq, Qazaxıstandan ölkədəki vəziyyətlə bağlı yardım müraciətində ölkədəki vəziyyətin xaricdə təlim keçmiş quldur dəstələrinin işğalı kimi qiymətləndirildiyi bildirilib.
"Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün kollektiv sülh korpusunun məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib", - məlumatda deyilir.
Rusiya parlamentinin Müstəqil Dövlətlər Birliyinin (MDB) komitəsinin sədri Leonid Kalaşnikov isə bildirib ki KTMT qüvvələri Qazaxıstanda əsasən obyektlərin və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün istifadə olunacaq.
Məlumatlara görə, Rusiyadan Qazaxıstana 45-ci Hava Desant Alayı, 98-ci Hava Desant Diviziyası və "Senej" xüsusi təyinatlıları, Belarusdan isə 103-cü Hava Desant Diviziyasının hərbi qulluqçuları yollanır.