Qazaxıstanda etiraz aksiyaları davam edir. Məlumatlara görə xüsusilə Almatı şəhərində xaos hökm sürür.
Baki-xeber.com xəbər verir ki, RİA Novosti etirazçıların Almatıda polislərə hücum edərək onların silah və zirehlərini əllərindən aldığı barədə məlumat yayıb.
"Russia Today" (RT) isə yazır ki, fəallar şəhərdə silah mağazasına girərək oradakı anbarlardan silah-sursat götürməyə ediblər.
Hazırda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyi bildirlir.