Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Baki-xeber.com xəbər verir ki, Tokayev bildirib ki, indiyədək ilk prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Qazaxıstan Təhlükəsizlik Şurasına bugündən özünün başçılıq edəcəyini deyib.
“Dövlət başçısı və bu gündən Təhlükəsizlik Şurasının sədri kimi mümkün qədər sərt olmağı planlaşdırıram. Hər nə olursa-olsun paytaxtda, xalqın yanında qalacağam.
Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Biz Qazaxıstan tarixindəki bu qaranlıq prosesi birlikdə aradan qaldıracağıq, bu prosesdən güclü çıxacağıq” – Tokayev bildirib.
O, etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
Ölkədəki etiraz aksiyalarının çox diqqətlə planlaşdırıldığını vurğulayan Tokayev, "Xuliqan ünsürlərin yüksək səviyyədə təşkilatlanması diqqət çəkir. Bu, maddi cəhətdən dəstəklənən provakatorların çox diqqətlə düşünülmüş bir fəaliyyət planı hazırladığını sübut edir" deyib.
Tokayev təhlükəsizlik qüvvələri arasında ölən və yaralananların olduğunu da qeyd edib.