Almatı şəhəri və Manqistau əyalətindən sonra Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində də fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Baki-xeber.com xəbər verir ki, fövqəladə vəziyyət rejimi bu gün saat 16:00-dan yanvarın 19-na qədər davam edəcək. Bu müddət ərzində axşam saat 23:00-dan səhər saat 7:00-a qədər komendant saatı olacaq. Paytaxta giriş-çıxışlar da məhdudlaşdırılacaq.