Almatıda etirazçılar meriya binasına daxil ola biliblər. Sputnik Qazaxıstan məlumat verir ki, içəriə olan polis işıq-küy qumbaralarından istifadə edib. Eyni silahdan etirazçılar da istifadə edirlər, üstəlik onların qalxan və dəyənəkləri də var.
RİA Novosti-nin müxbiri isə bildirir ki, meriya binasının damından qara tüstü qalxır.
Etirazçıların digər hissəsi prezidentin keçmiş iqamətgahını ələ keçirməyə çalışır.
Almatıda həmçinin hakim "Nur Otan" partiyasının rayon filialının binası da yanır. Sputnik Qazaxıstan məlumat verir ki, birinci və ikinci mərtəbədəki pəncərələr sındırılıb, açıq alov görünməsə də aşağı mərtəbələrdə qatı tüstü var. Hadisə yerində nə polis, nə də yanğınsöndürənlər gözə dəyir.
Sputnik Qazaxıstan məlumat verir ki, əllərində rezin dəyənək olan təxminən üç min kişi hücumda iştirak edir. Onlara 1500-dək polis müqavimət göstərir. Polislər işıq-küy qumbaralarından istifadə edirlər. Hüquq-mühafizə işçiləri meriyadan 50 m aralıdakı iqamətgaha çəkliliblər.