Qazaxıstanın qərbindəki Manqistau vilayətində təbii qazın (LNG) qiymətlərinə etiraz edən insanlar küçələrə çıxıb. Prezident Kasım Cömert Tokayev etirazçıları sakitliyə və dialoqa çağırıb.
Baki-xeber.com xəbər verir ki, Manqistav vilayətinin Janaözen və Aktau şəhərlərinin sakinləri şəhər mərkəzlərindəki meydanlara toplaşaraq qazın qiymətinin aşağı salınmasını tələb ediblər.
Etirazçılar yeni artımlarla 120 təngəyə (0,27 dollar) qədər yüksələn qazın qiymətlərinin 60 təngəyə endirilməsini tələb ediblər.
Qazaxıstan Prezidenti Tokayev etirazlardan sonra Twitter hesabından açıqlama yayaraq, "Prezident Administrasiyasının əməkdaşlarının daxil olduğu Hökumət Komissiyası Aktauda işə başladı. Dövlət Əməliyyat Mərkəzi də fasiləsiz olaraq fəaliyyətini davam etdirir" deyib.
Komissiyaya ölkədə sabitliyin qorunması üçün mövcud problemin qarşılıqlı məqbul həllini tapmağın tapşırıldığını qeyd edən Tokayev, "Hüquq-mühafizə orqanlarının əməkdaşlarına ictimai asayişin pozulmasının qarşısının alınması tapşırılıb. Nümayişçilər məsuliyyətli davranmalı və dialoqa hazır olduqlarını göstərməlidirlər”.
Qazaxıstanın baş naziri Askar Mamin Tokayevin sərəncamı ilə Manqistav vilayətinin sosial-iqtisadi vəziyyətini araşdırmaq üçün hökumət komissiyası yaradıb.
Prezident Tokayev sonrakı paylaşımında isə bildirib ki, hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini bir litr üçün 50 təngəyə endirmək qərarına gəlib.
Nümayişçilərə cəmiyyətimizin sabitliyini və birliyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymamaları üçün müraciət edirəm. Digər sosial-iqtisadi tələblərə sabah paytaxtda keçiriləcək məsləhətləşmələr də daxil olmaqla ayrıca baxılacaq", - deyə Tokayev bildirib.
#Kazakistan'ın Zhanaozen kentinde hafta sonunda başlayan akaryakıt zammı protestoları büyüyor.