Türkiyənin “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
Baki-xeber.com xəbər verir ki, “Sputnik Türkiye” “Pegasus” şirkətinin müraciətinə Ermənistanın İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən baxıldığını bildirib.
Ancaq “Pegasus”un müraciətinin İstanbul-İrəvan istiqamətində, yoxsa Ankara-İrəvan istiqamətində uçuşlar həyata keçirməklə bağlı olması barədə məlumat verilmir.