"Microsoft"un qurucusu Bill Qeyts hazırki pandemiya dalğasının 2022-ci ilin mart ayında bitəcəyini düşünür.
Baki-xeber.com xəbər verir ki, Bill Qeyts Omicronun tarixdəki bütün viruslardan daha sürətlə yayıldığını deyib.
"Omicron tarixdəki bütün viruslardan daha sürətlə yayılır. Tezliklə dünyanın hər bir ölkəsində olacaq. Həyatın normala döndüyünü düşündüyümüz anda pandemiyanın ən pis mərhələsinə daxil ola bilərik. Omicron çox sürətlə yayıldığı üçün indiki pandemiya dalğası 2022-ci ilin mart ayında bitə bilər. Mən pandemiyanın 2022-ci ildə bitəcəyinə inanıram" - Bill Qeyts deyib.