Dünyada təxminən 7 min tanınmış dil var. Lakin araşdırmalar onların bəzilərinin tezliklə yox ola biləcəyini göstərir.
Baki-xeber.com xəbər verir ki, Avstraliya Milli Universitetinin "Nature" jurnalında dərc olunan araşdırmasına görə, 1500 dil əsrin sonuna qədər yox ola bilər.
"Müdaxilə olmadan dil itkisi 40 il ərzində üç dəfə arta bilər və ayda ən azı bir dil yox ola bilər" - deyə tədqiqatın müəllifləri yazır.
Tədqiqatın müəlliflərindən biri olan Lindell Bromham, dil üçün təhlükənin "gözlənilməz və təəccüblü" səbəblərini də ortaya çıxardıqlarını söyləyib. Bunların arasında Bromham "yaxşı inkişaf etmiş yol şəbəkəsi"ni misal çəkir.
"Biz gördük ki, ölkəni şəhərə və kəndləri qəsəbələrə birləşdirən yollar nə qədər çox olarsa, dillərin təhlükə altına düşmə risqi də bir o qədər yüksəkdir" - Bromham deyib.