Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Hadisəyə sərt reaksiya verən Türkiyə Xarici İşlər Nazirliyi Almaniyadan, müsəlman qəbiristanlığına hücum edənlərin tapılmasını və məsuliyyətə cəlb edilməsini tələb edib.
XİN-in bu barədə açıqlamasında deyilir ki, yeni il gecəsi İzerlohn şəhərində baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan və hətta müsəlman qəbiristanlıqlarını belə hədəfə alan xəstə anti-islam zehniyyətinin yeni göstəricisidir.
"Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. İstərdik ki, belə halların baş verməməsi üçün lazımi tədbirlər görülsün", - deyə açıqlamada deyilir.