Böyük Britaniya hərbçiləri hər an Ukraynadan "çəkilməyə" hazırdırlar. Təxliyə planı barədə İngiltərənin "Daily Express" qəzeti Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə istinadla məlumat yayıb. Nazir bəyan edib ki, onun tabeliyindəki hərbçilər Ukrayna ərazisində ruslarla döyüşməyəcəklər – bu "çox da inandırıcı deyil".
Qəzetin məlumatına görə, britaniyalıların çoxu Yavorov şəhəri ərazisində dislokasiya olunublar ki, oradan da "Rusiya ilə müharibə başlayacağı təqdirdə" təxliyə olunacaqları Polşaya əlini uzatsan çatar.
Ukraynadakı Britaniya qruplaşmalarının sayı barədə dəqiq informasiya yoxdur. Böyük Britaniya Müdafiə Nazirliyinin saytında aşağıdakılar yer alıb: "Britaniya ordusu Ukrayna silahlı qüvvələrinə səhra baza və tibbi hazırlıqdan tutmuş snayperlərə, zirehli texnikaya və artilleriyaya qarşı mübarizəyə qədər təlim keçərək Ukraynaya yardım edir".