Ayaq səsləri duyulan müharibənin başladığı ilk gün rus tankları Kiyevə daxil olacaq. Baki-xeber.com xəbər verir ki, bunu Amerika “American Thinker” jurnalı yazıb.
ABŞ prezidenti Co Baydenin mümkün işğal zamanı NATO-nu kənarda saxlayaraq Ukraynanı avtobusun altına itələdiyini bildirən jurnal, Bayden fikrini dəyişsə belə, ittifaq ordularının Rusiyanın qarşısını ala bilməyəcəyini qeyd edib.
Putin işğal əmri versə, rus tanklarının 24 saatdan az müddətdə Kiyevdə olacağını yazan jurnal Soyuq Müharibənin bitməsi ilə NATO-nun şərqə doğru genişlənməsinin səhv olduğunu bildirib.