Bir müddətdir ki, dünyanın gözü Rusiya-Ukrayna sərhədindədir. ABŞ və NATO-nun da daxil olması ilə daha da böyüyən gərginliklə bağlı son hadisələri dəyərləndirən Putin maraqlı açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, “Rossiya 1” telekanalına müsahibə verən Rusiya prezidenti Putin xatırladıb ki, Moskva diplomatik nəticə əldə etmək üçün ABŞ və NATO-ya strateji təhlükəsizlik zəmanəti təklif edib.
Rusiyanın bu məsələlərlə bağlı danışıqlarda müsbət nəticə əldə etmək üçün səy göstərəcəyini vurğulayan Putin, nəticənin “mənfi” olacağı təqdirdə Rusiyanın hansı addımları atacağından danışıb.
NATO-nun Ukraynaya doğru genişlənməsinə mane olan təhlükəsizlik zəmanətləri yerinə yetirmədiyi təqdirdə bir sıra variantları nəzərdən keçirəcəyini bildirən Putin, "Cavabımız çox fərqli ola bilər. Nə baş verəcəyi hərbi mütəxəssislərimizin mənə edəcəyi təkliflərdən asılı olacaq" deyib.