Rusiya Türkiyədən pilotsuz uçan aparatlar (PUA) və “Bayraktar” almaq istəyir. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan strategiya və müdafiə mətbuat oranı olan “The National Interest” jurnalı yazıb.
“Türk PUA-larının ən son müştərisi: Rusiya” başlıqlı məqalədə bildirilir ki, bir müddə əvvəl Türkiyə PUA-larının çox sayda Rusiya hava hücumundan müdafiə sistemini məhv etmək üçün istifadə edildiyi açıqlanmışdı. Moskva buna etiraz etdi, ancaq bu onların Türkiyə PUA-larına olan marağını azaltmadı.
Türkiyə pilotsuz hava sistemlərinin mühüm istehsalçısı, istifadəçisi və satıcısına çevrilib.
Silah ixracı həqiqətən böyük bir sektordur və bu sahədən əldə edilən gəlir 2019-cu ildə təqribən 27 milyard dollara çatıb. ABŞ ən böyük silah ixracatçısı kimi liderliyini qoruyur, siyahıda sonrakı yerləri isə Rusiya, Fransa, Çin və Almaniya tutur.
Rusiya da silah idxalını artırıb və Moskvanın türk hərbi texnikasının, xüsusən də pilotsuz təyyarələrinin alıcısına çevrilmək ərəfəsində olduğu bildirilir.
Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Rusiyaya PUA və ya digər türk silah və hərbi texnikasının satılmasında heç bir problem yoxdur.
Çavuşoğlu qeyd edib ki, Ukrayna ilə razılaşma Rusiyaya mümkün satışa mane olmamalıdır.
"Ukrayna ilə razılaşma Rusiyanı hədəf almır. Əgər Rusiya bizim məhsullarımızı almağa ehtiyac duyarsa, əvvəllər S-400-lərini aldığımız kimi satın ala bilər" - Çavuşoğlu deyib.
TAHİR