Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmiri ilə altıncı arvadı arasında boşanma davasında ödəniləcək təzminatın məbləği müəyyənləşib. Dubay əmiri həyat yoldaşına rekord məbləğdə təzminat ödəyəcək.
Baki-xeber.com xəbər verir ki, Britaniya Ali Məhkəməsi Britaniyaya sığınan Dubay əmiri Rəşid Əl Məktumun altıncı həyat yoldaşı şahzadə Haya Bint Əl Hüseyn və onların uşaqlarına ümumilikdə 554 milyon funt sterlinq ödəməsinə qərar verib.
Məhkəmə qərarı ölkə tarixində ən bahalı boşanma davası kimi qeydə alınıb.
Dubayın 72 yaşlı əmiri Əl Məktum şahzadə Hayaya 251 milyon 500 min funt sterlinq, 14 və 9 yaşlı iki övladının təhsil və digər xərclərini qarşılamaq üçün isə 290 milyon funt sterlinq ödəyəcək.