Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətindəki özəl Amerika hərbi şirkətlərinin Ukraynanın şərqində kimyəvi təxribat hazırladığını iddia edib.
Baki-xeber.com xəbər verir ki, Şoyqu bunu Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Müdafiə Nazirliyi Kollegiyasının genişləndirilmiş iclasında çıxış zamanı deyib.
"Bilinməyən kimyəvi komponentlər olan tanklar təxribat törətmək məqsədi ilə Avdeyevka və Krasnı Liman şəhərlərinə gətirilib” Şoyqu deyib.
Rusiya Müdafiə Nazirliyinin iddialarına görə, Donetsk vilayətində Ukrayna xüsusi təyinatlılarına təlim keçən Amerika özəl hərbi şirkətlərinin 120-yə yaxın əməkdaşı var.
ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi varlığını artırdığını qeyd edən Şoyqu Şərqi Avropa ölkələrində 8 minə yaxın Amerika əsgərinin yerləşdirildiyini vurğulayıb: "Dünyada hərbi-siyasi gərginlik artmaqda davam edir. Rusiyanın qərb və şərq sərhədlərində gərginlik artır. ABŞ Rusiya sərhədləri yaxınlığında qabaqcıl hərbi varlığını artırır. Ümumi sayı təxminən 8 min əsgər olan Amerika qoşunları Şərqi Avropa ölkələrində yerləşdirilir".
TAHİR