21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar paytaxt Lefkoşa və rayonlarında anma mərasimləri keçiriləcək.
Baki-xeber.com xəbər verir ki, Milli Günləri qeyd etmə Mərkəzi Komitəsindən verilən məlumata görə, anma tədbirləri yerli vaxtla səhər saat 08:00-da "Bayrak" Radio və Televiziyasında Təhlükəsizlik Qüvvələri Komandanlığından Piyada Qərargah polkovnik-leytenantı İbrahim Şekerin çıxışı ilə başlayacaq. Çıxış saat 18:00-da təkrar olunacaq. 21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi ilə əlaqədar bu gün paytaxt Lefkoşada iki anma mərasimi keçiriləcək. İlk mərasim saat 09.30-da Lefkoşa Şəhidlər Anıtı önündə, ikinci mərasim isə saat 09.50-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək.