1969-1974-cü illərdə Almaniya kansleri olmuş Villi Brandtın bu vəzifəyə seçilənə qədər 4 il ABŞ hərbi kəşfiyyat qurumu Əks Kəşfiyyat Korpusuna (Counter Intelligence Corps – CIC) işləyib.
Baki-xeber.com xəbər verir ki, "Spiegel" jurnalında yer alan bir xəbərdə, Sosial Demokrat Partiyasının sədri (SPD), baş nazir Villi Brandtın 1948-ci ildən 17 mart 1952-ci ilə qədər ABŞ Əks Kəşfiyyat Korpusuna (CIC) kəşfiyyat məlumatları ötürdüyü iddia edilir.
CIC-nin məxfiliyi qaldırılan 1 iyun 1952-ci il tarixli siyahısında yer alan alman və avstriyalı şəxslərin ABŞ Hərbi Tarix Mərkəzindən tarixçi Tomas Boqardt tərəfindən araşdırıldığı bildirilir. Tarixçi Boqardta görə, Brandt Amerika üçün “qızıl mədəni” dəyərində imiş.
Jurnal yazır ki, Brandt Almaniya Demokratik Respublikası (ADR) və hakim Sosialist Birlik Partiyasının (SED) gənclər qolları haqqında CIC-ə məlumatlar verib.
İddia olunur ki, Brandt gəmiqayırma zavodları, fabriklər, dəmir yolu sistemi və sovet ordusunun telefon şəbəkəsi haqqında da kəşfiyyat qurumuna məlumatlar verib.
Sözügedən mənbələrə görə, Brandtın CIC kəşfiyyat zabitləri ilə 4 il ərzində 200-dən çox görüşü olub.
Bildirilir ki, 4 il informatorluq edən Brandt “O-35-VIII” kodu ilə qeydiyyatda olub.
Qeyd edək ki, 1971-ci ildə Nobel Sülh Mükafatı alan Villi Brandt, baş nazirlikdən müşaviri və sağ əli Günter Guillaumeun ADR casusu olduğu üzə çıxdıqdan sonra istefa verib.