“Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi".
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan sədri olduğu Respublika Partiyasının qurultayında çıxış edərkən etiraf edib.
“Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim”, - o vurğulayıb.
S.Sarqsyan həmçinin rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuna alıb.