Rusiya ilə Ukrayna arasında 7 ildir davam edən böhran günü-gündən daha da dərinləşir. Bölgədə yeni müharibə ehtimalı Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin də diqqətini regiona yönəltməsinə səbəb olub.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Bayden jurnalistlərə Rusiyanın mümkün işğalına qarşı Ukraynaya Amerika quru qoşunlarının göndərilməsi ehtimalının qətiyyən müzakirə mövzusu olmadığını deyib.
Bununla belə, o vurğulayıb ki, ABŞ və NATO, müdafiəsini gücləndirmək üçün alyansın şərq cinahında yerləşən ölkələrə daha çox qüvvə göndərməli olacaq.
“Prezident Putinə, Ukraynaya qarşı hərəkətə keçərsə (Ukraynanı işğal edərsə) bunun ölkəsinin iqtisadiyyatı üçün dağıdıcı, həqiqətən də dağıdıcı nəticələrinin olacağını açıq şəkildə söylədim" - deyə Bayden bildirib.
Keçən həftə Putinlə iki saatlıq telefon danışığı olan Bayden deyib ki, o, Rusiya liderinə Ukraynaya hərbi müdaxilə olacağı halda, Rusiyanın dünyadakı mövqeyinin əhəmiyyətli dərəcədə dəyişəcəyini də açıq şəkildə söyləyib.
TAHİR