Rusiya prezidenti Vladimir Putin 90-cı illərdə hansı peşə ilə məşğul olduğunu dəfə açıqlayıb. Putin dolanışığını təmin etmək üçün həmin illərdə taksi sürücüsü işlədiyini deyib.
Baki-xeber.com xəbər verir ki, “Rossiya 24” televiziyasında yayımlanacaq “Müasir tarix” filminin tanıtım epizodunda aparıcı, həmin illərdə bir çox ixtisaslı insanların ağır iqtisadi şərait səbəbindən dolanmaqda çətinlik çəkdiyini bildirib.
Putin də “bəzən sərnişin daşımaqla əlavə gəlir əldə etmək məcburiyyətində qalırdım. Bu haqda danışmaq xoş deyil, amma təəssüf ki, vəziyyət belə idi" deyib.
Putin 2018-ci ildə Andrey Kondraşovun sənədli filmində Sankt-Peterburqda Anatoli Sobçakın bələdiyyə seçilərində uduzmasının ardından bələdiyyədəki işindən ayrıldıqdan sonra taksi sürücüsü işləməyi düşündüyünü deyib.
TAHİR