Rusiya ABŞ-ın bir qrup diplomatını ölkədən çıxarır - "Bizi belə oyuna ABŞ cəlb edib”

img

“ABŞ Rusiya diplomatlarına münasibətdə güzəştə getməzsə, 2022-ci il iyulun 1-dək ABŞ diplomatik missiyasının daha bir qrup əməkdaşı Rusiyanı tərk edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.

“Biz ABŞ-ın tələblərini ölkədən çıxarmaq kimi qəbul edirik və onlara uyğun cavab veriləcək. 2022-ci il yanvarın 31-dək Rusiyada üç ildən artıq ezamiyyətdə olan ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları ölkə ərazisini tərk etməlidir. Bu, bizim seçimimiz deyil. Bizi belə oyuna ABŞ cəlb edib”, - o deyib.

Son xəbərlər