Britaniya mediası Makrona yeni ləqəb qoydu - “Tənəkə Napoleon”…

img

Böyük Britaniya ilə Fransa arasında miqrant böhranı bir neçə gün əvvəl La-Manş boğazında 31 qaçqının ölümü ilə daha da dərinləşib.

Baki-xeber.com xəbər verir ki, Britaniya mediası Fransa prezidenti Emmanuel Makronun sinir krizi keçirdiyini və məntiqsiz siyasətlər apardığını bildirərək, Fransa liderinə yeni ləqəb verib.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması - “Brexit” prosesindən sonra Makronun xarici siyasətinin relsdən çıxdığını ifadə edən “Daily Mail” qəzeti Fransa prezidenti barədə “Tənəkə Napoleon” ifadəsini işlədib.

Britaniya hesab edir ki, Makron “Brexit”in qisasını almaq üçün bütün cəbhələrdə Londona qarşı siyasət yürüdür.

Son xəbərlər