Rusiya gələn il yanvarın sonunda Ukraynaya hücum edəcək - Ukrayna kəşfiyyat rəisindən ŞOK AÇIQLAMA…

img

Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiyanın yanvarın sonu, fevralın əvvəlində Ukraynaya hücuma hazırlaşır.

Baki-xeber.com xəbər verir ki, kəşfiyyat rəisi hazırda Ukrayna sərhədləri yaxınlığında Rusiyanın 92 mindən çox əsgərinin olduğunu deyib.

General Budanovun sözlərinə görə, hücum çox güman ki, hava, artilleriya və zirehli birləşmələrin hücumlarını, ardınca Odessa və Mariupula amfibiya və Belarus üzərində daha kiçik hücumları əhatə edə bilər.

“Rusiyanın bu ilin əvvəlində keçirdiyi irimiqyaslı “Zapad 21” hərbi təlimi, məsələn, onların bir anda 3500-dən çox hava-desantı yerə endirə biləcəyini sübut etdi”, - Budanov deyib.

General bildirib ki, Rusiyanın hazırladığı hücum, 2014-cü ildə başlayan və 14 min ukraynalının ölümü ilə nəticələnən münaqişə də daxil olmaqla, əvvəllər görülən müharibədən daha da dağıdıcı olacaq.

Budanov bildirib ki, Rusiya Krımda qoşunların sayını, silah sistemlərini artırır və sərhəddə "İsgəndər" qısa mənzilli ballistik raket sistemləri və digər silahlar yerləşdirir.

Hücumun 2022-ci ilin yanvar ayının sonunda başlayacağını bildirən ukraynalı general həmin vaxt sərt hava şəraitinin rusları hücumdan çəkindirəcəyi ilə bağlı fikirləri ciddi qəbul etmir: “Soyuq havada döyüşmək bizim və ruslar üçün problem deyil”.

O, ABŞ və Ukrayna kəşfiyyatının Rusiyanın hücum tarixi ilə bağlı dəyərləndirmələrinin üst-üstə düşdüyünü söyləyib.

Tahir TAĞIYEV

Son xəbərlər