Belarus-Polşa sərhədində miqrant böhranı hərbi böhrana çevrilir – NATO-dan sonra Rusiya da bölgəyə ordu göndərir…

img

Belarusdan Polşaya keçməyə çalışan minlərlə qaçqın Qərblə Rusiyanı yenidən üz-üzə gətirib. 2 mindən çox miqrantın Belarusda maneəsiz irəliləyərək Polşa sərhədinə, yəni Avropa İttifaqı (Aİ) sərhədinə dayanması böhranı daha da dərinləşdirib.

Baki-xeber.com xəbər verir ki, Belarus-Polşa sərhədində başlayan miqrasiya böhranı təkcə siyasi deyil, həm də hərbi böhrana çevrilib. Rusiya və Qərb mediasının yaydığı görüntülər böhranın bölgədə müharibə təhlükəsi yaratdığını açıq aşkar ortaya qoyur.

Aİ ölkələri Belarus sərhədlərinə yüzlərlə hərbi texnika göndərilməyə başlayıb. Qərb mətbuatı bununla bağlı görüntülər yayaraq, NATO-nun qoşunlarını Belarus sərhədlərinə doğru çəkməyə başladığını yazır. Bildirilir ki, hazırda Belarus-Polşa sərhədinə yüzlərlə hərbi texnika göndərilib. Göndərilən hərbi texnikalar arasında Polşa ilə yanaşı Almaniya hərbi qüvvələrinin də görünməsi NATO-nun bölgədəki vəziyyətə müdaxilə etmək qərarı verməsi kimi şərh edilir.

Video kadrlarda NATO-nun Belarus-Polşa sərhədinə zirehli texnikalar, artilleriya qurğuları, raket sistemləri, hava hücumundan müdafiə sistemləri və tanklar göndərdiyi görünür.

Mövcud vəziyyəti şərh edən ekspertlər hesab edir ki, Belarus yaxın günlərdə Rusiya ordusundan hərbi texnikasını Polşa sərhədinə çəkməsini xahiş edə bilər. O da bildirilir ki, bir neçə min hərbi qüvvə artıq bölgə yaxınlığında döyüşə hazır vəziyyətə gətirilib və əmr gözləyir.

Tahir TAĞIYEV

Son xəbərlər