Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetski bildirib.
Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər.