Lukaşenko NATO və Rusiya arasında nüvə müharibəsi ehtimalından danışdı - Belarusda müharibəyə başlasaq...

img

Belarus prezidenti Aleksandr Lukaşenko BBC-yə müsahibəsində Rusiya və NATO-nun nüvə müharibəsinə cəlb edilməsi ehtimalından danışıb.

“Əgər biz burada, Belarusda müharibəyə başlasaq, NATO və Rusiya da buna qoşulacaq. Bu isə nüvə müharibəsi deməkdir", - deyə Belarus lideri bildirib.

O, həmçinin qeyd edib ki, hələ heç İkinci Dünya Müharibəsinə görə Belarus xalqının haqqı ödənilməyib.

"Müharibənin başlanmasından heç 100 il keçməyib və siz artıq bu evə yenidən soxulub yeni müharibəyə başlamağa çalışırsınız", - Lukaşenka vurğulayıb.

Lukaşenko həmçinin müsahibəsində bildirib ki, Polşa təhlükəsizlik qüvvələri Bruzgi keçid məntəqəsi yaxınlığında miqrantlarla toqquşma zamanı Belarusun dövlət sərhədini pozub.

"Silahı qonşunun ərazisinə tərəf çevirmək belə kökündən səhvdir", - deyən Lukaşenko ölkəsinin hərbçilərinin Yaxın Şərqdən olan miqrantlara Polşa sərhəddini keçmək üçün yardım göstərdiyini etiraf edib.

Xatırladaq ki, son günlər Belarus-Polşa sərhədinə Yaxın Şərq ölkələrindən və Afrikadan minlərlə miqrant toplaşıb. Onlar Polşadan keçməklə digər Avropa ölkələrinə getmək istəyirlər. Zaman-zaman miqrantlarla Polşanın təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. Polşa hökuməti yaranmış problemə görə Minski ittiham edir, ancaq Belarus bu ittihamları rədd edərək rəsmi Varşavanın miqrant axınının qarşısını güc yolu ilə almağa çalışdığını bəyan edir.

Son xəbərlər