ABŞ Rusiya silahına dünyada marağı azaltmaq yollarını axtarır - Sanksiyalar işə yaramır

img

ABŞ Konqresində Rusiya silahına marağın azaldılması üzrə yeni planın işlənib hazırlanması təklif olunub. Bu barədə RİA Novosti xəbər verir ki, bu barədə Konqresə təqdim olunan hesabata deyilir.

"ABŞ Rusiya silahına marağı azaltmaq üçün hansı strategiyalara əsaslana bilər? Rusiya silahlarını əldə etmək imkanlarını gözdən keçirən ölkələrə biz nə qədər silah ixracı təklif etməliyik?", – Konqresə təqdim olunan hesabatda bildirilir.

Analitiklərin fikrincə, Rusiya silahdan istifadə edərək öz xarici siyasətini inkişaf etdirir və bununla da, Vaşinqtonun təsirini zəiflədir.

Bəzi konqresmenlər belə hesab edirlər ki, silah satışı "Rusiyanın təcavüzkar və bədniyyətli fəaliyyətini" dəstəkləyir, eləcə də, regional münaqişələri qızışdırır.

O da qeyd olunub ki, sanksiyaların tətbiqi kifayət qədər effekt verməyib. Bundan başqa, belə məhdudlaşdırma tədbirləri idxalçı-dövlətlərdə mənfi reaksiya doğura və ABŞ-ın özünə zərər verə bilər.

Konqresdə bunu onunla izah edirlər ki, bir çox ölkələr Rusiya silahına bel bağlayır, odur ki, həmin dövlətlərin bundan tamamilə imtina etməsi çətin olacaq.

Beləliklə, sənədin müəllifləri Rusiyanın Müdafiə-Sənaye Kompleksinə təzyiq göstərməyin yeni üsullarını müəyyənləşdirməyə çağırarlar ki, onların fikrincə, bu da həmin ölkənin təcrid olunmasına gətirib çıxaracaq.

Son xəbərlər