Bazar günü günü, 08 noyabr 2026
     

Şuşada şəhadətə qovuşdu - Zəhmətabadlı şəhidin atası danışır...

Image


Sübhi Əliyev: "Noyabr ayının 8-i düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanıb, yaralanmasına baxmayaraq yenidən döyüşüb və şəhid olub"

Analar yenə də göz yaşları ilə ürəklərindəki yaraya su çiləyə bilirlər. Ancaq atalar  ömrü boyu qəhrərlənə-qəhərlənə yaşayır, içlərini söküb dağıdan ağrılara dustaq olurlar, əsir düşürlər. Şəhid ataları ilə söhbət etmək, onları danışdırmaq çox çətindir, əksəriyyəti oğul dərdindən lal-dinməz olub. Şəhid ataları bir-birinə bənzəyir, elə analar da bir-birinə oxşayır. Yəqin onları şəhid oğullarının nakam taleyi bir-birinə bənzədir.

Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulan Vətən müharibəsi şəhidi  Əlizadə Elməddinin atası Sübhi dayı da başqa şəhid atalarından fərqlənmir. O da köksündə oğul dağı daşıyır. 

Əlizadə Elməddinin atası Sübhi dayı ilə martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində tanış olduq. 

Oğlu barədə danışmağa çətinlik çəkirdi, deyirdi ki, qızım, mənim balam qəhrəmandır, onunla qürur duyuram, amma dünyadan nakam köçməsi ürəyimi incidir. "Elməddinin mesajlarını, səsini, göndərdiyi videogörüntülərin hamısını saxlayıram, göz bəbəyi kimi qoruyuram. Mənim balam çox vətənpərvər, qorxmaz, gülərüz, mehriban idi". Şəhid atası danışdıqca qəhərlənir, susur. 

Deyir ki, oğlundan qalan videogörüntülərlə, səs yazıları ilə, fotoşəkillərlə təsəlli tapır. 

Elməddinin və döyüş yoldaşlarının mahnı oxuduqları anı əks etdirən videonu göstərir:

Əsgər oldum mən də Azərbaycana

Haqqını, südünü halal et, ana!

Gecə-gündüz keşikçiyəm torpağa 

Yolumu gözləyin, gələcəm, ana!

Gəlib göz yaşını siləcəm, ana.

Əsgərəm ana, ürəyini dağlama 

Şəhid olsam, qəbrim üstə ağlama!

Bu, Elməddinin və döyüş yoldaşlarının səs  yadigarlarıdır. Bu oğullar özlərini Vətənə qurban deyən oğullardır və şəhid olacaqlarını da dərk edib bu yolu seçənlərdir. 

"Oğlum 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub, orta təhsilini Zəhmətabad kənd tam orta məktəbində alıb. Biz əslən Lerik rayonunun  Kəlvəz kəndindənik. Elməddinin uşaqlığı doğulduğu Zəhmədabad kəndində keçib. 2004-cü ildə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elməddin 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırıldı. Əsgərliyə çox böyük həvəslə getdi. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etdi. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovla birgə döyüşüb"-deyən ata bildirdi ki, oğlu Vətən müharibəsinə könüllü gedib. Sübhi dayı dedi ki, Elməddin heç cürə torpaqlarımızın işğalda olması ilə barışmırdı, fikri-zikri o torpaqların azad olunmasında idi. "2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildikdə Elməddin müharibədə iştirak etmək üçün könüllü olaraq Biləsuvar rayon Hərbi Komissarlığında qeydiyyatdan keçib müharibəyə yollandı.  Kəşfiyyatçı kimi döyüşlərə Ağdam istiqamətində başlayıb. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə və Şuşa şəhərinin erməni separatçılarından təmizlənməsində iştirak etdi. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabr ayının 8-i düşmənlə əlbəyaxa döyüşlərdə Elməddin yaralanıb, yaralanmasına baxmayaraq yenidən döyüşüb və şəhid olub. Oğlum  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb"-deyən ata bildirdi ki, oğlunun şəhid olması xəbəri onu dərindən sarsıdıb.  Oğlunun nəşinin 9 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində torpağa tapşırıldığını deyən ata əlavə etdi ki, qəhrəman bir oğulun atası olmaqla fəxr edir. 

Təpədən-dırnağa vətənpərvərlik ruhuna sahib olan Elməddin uşaqlıqdan gülərüz, mehriban olub, məktəbdə oxuyarkən müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. Ata deyir ki, Elməddin hər kəslə yola gedən insan olub. 23 yaşında şəhidlik zirvəsinə ucalan Elməddin Əlizadə başqa Zəhmədabad şəhidləri kimi el-obanın qürur ünvanına çevrilib. 

Sübhi dayı bildirdi ki, oğlu şəhid olduqdan sonra  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

"Torpaqlar qayıtdı, amma oğullar qayıtmadı" sözünü tez-tez işlədirik. Əslində, o torpaqları qaytaran o oğullar əbədi olaraq xalqın yaddaşına qayıtdı, müstəqillik tariximizdə özlərinə əbədi məskən saldılar. Zəfər tariximizi yaradan oğullardan biri olan Elməddinin özündən sonra nişanəsi qəhrəmanlığı və fəth etdiyi, ucaldığı şəhidlik zirvəsidir. "Şəhid olanda 23 yaşı vardı. Hələ evlənməmişdi"-deyən atanın kədər çökən gözlərindən, solğun bənizindən, bağır sökən sükütundan onu oxuya bildik ki, Elməddin kimi oğulların nişanlısı, yar-yoldaşı uğrunda canını fəda etdiyi, düşmənin izini silib-atdığı ana torpaqdır, yamaclarda bitən lalələrdir... O oğulların izini o dağlar, laləli çöllər, nərgizli, bənövşəli meşələr, bir də uğrunda öldüyü baş tacımız Şuşa yaddaşında saxlayır. Şəhid qanı tökülən torpaqlar onların izini əzizləyir, qoruyur...

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ