Bazar günü günü, 08 noyabr 2026
     

Şəhid gizirin anası dözə bilmədi, oğlunun “plakatından” tutub öldü - atası Nurəddin Ağayev ürəkləri sızlatdı...

Image


Nurəddin Ağayev: "Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib, gecə ikən onun "plakatından" tutub öldü"  

Qaməti bükülüb yükü həsrətdi
Gözündə yaş qalıb, qəlbində acı...
O şəhid atası, o bir qəhrəman
Oğlunun məqamı ucadan uca...

Oğul dağı belini bükdü, çəkdiyi acılar ürəyində qanlı bir yara açdı, gecəsi-gündüzünə qarışdı, yuxusu ərşə çəkildi, ahı dağları dəldi şəhid atasının...

Biləsuvar rayonun Günəşli kəndindən olan Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Ağayev Salehin atası Nurəddin Ağayevdən danışırıq. O atadan ki, iki oğlu Vətən müharibəsində düşmənlərimizə qarşı döyüşüb, Dəyanət evə sağ-salmat qayıtsa da, Salehin tabutu gəlib. Bundan sonra Ağayevlər ailəsinin müsibətləri başlayıb. 

Biz Nurəddin Ağayevlə martın 15-də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı "44 gün - Tarixi zəfər" adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində həmsöhbət olduq. 

Göz yaşlarını yağış kimi ələyən, oğlu barədə qəhərlənə-qəhərlənə danışan Nurəddin dayı söhbətimizin əvvəlində bildirdi ki, Salehin Vətən uğurunda şəhid olması ilə qürur duyur və belə bir oğlun atası olması ilə fəxr edir.  

Ata bildirdi ki, oğlu Saleh Ağayev Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən Xocavənddə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. "Oğlum Saleh Ağayev 1992-ci ildə anadan olub. Ordumuzun kiçik giziri idi. Aprel döyüşlərində də iştirak etdi. 2017-ci ildə Cocuq Mərcanlıda yaralandı. Həmin vaxt mənə zəng gəldi və bildirildi ki, oğlunuz "Papanin" hərbi hospitalındadır. Təcili olaraq Bakıya oğlumun yanına getdim. Üzünə o qədər qəlpə dəymişdi ki, üzü tamamilə şişmişdi, hətta məni tanımadı. Məndən əvvəl Ali Baş Komandanımız İlham Əliyev hospitalda ona baş çəkmişdi və gül gətirmişdi. İlham Əliyevlə oğlum Salehin bir yerdə şəkli var.  General-leytenant Hikmət Mirzəyev mənim doğma xalam oğludur.  

Oğlum mənimlə görüşəndə danışa bilmədik, çünki ağır yaralı olduğu üçün danışa bilmədi. Füzulinin Əbdürrəhmanlı kəndində xidmət edirdi, komandir idi, 37 əsgəri vardı. 2020-ci ilin oktyabr ayının 11-i idi. Gecə mənə zəng vurub soruşdu ki, ata, Qədr surəsinin namazını qılırsan? Dedim bala, mən onu bilmirəm axı. Dedi ata, o günahları bağışlayır, o namazı qıl. Mənim oğlum ürəyi təmiz, imanlı, ağıllı bir oğıl olub"-deyə ata bildirdi. 

"Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi" 

N.Ağayev onu da dedi ki, müharibə başlayanda digər oğlu Dəyanət də başqa Biləsuvar igidləri kimi könüllü olaraq müharibəyə gedib. Dəyanət də  ön cəbhədə qəhrəmanlıqla vuruşan qardaşı Saleh kimi Vətənin dar günündə evdə oturmağı özünə sığışdırmayıb. Ata bildirdi ki, Dəyanət müharibəyə könüllü getdiyini ondan gizlədib. "Gəlib dedi ki, ata, mənə 10 manat ver, işim var. Mən ona pul verəndən sonra dedi ki, ata, mənə halallıq ver müharibəyə gedirəm. İndi Dəyanətin 26 yaşı var, yanğınsöndürən işləyir, evlənməyib, subaydı. Dəyanət müharibədə yaralandı, mənə zəng vurub dedilər ki, oğlun yaralanıb Füzulidə hospitaldadır. Hospitala getdim. Koronavirus vaxtı idi, Dəyanətlə görüşdüm, çox əziyyət çəkmişdi, üç gün suyun içində qalmışdı, yarpaq yemişdi, amma ermənilərə təslim olmamışdı, yaralı döyüş yoldaşını ermənilərin arasından çıxarıb gətirmişdi. O oğlan da Biləsuvardan idi.   

Saleh isə şəhid olanda 28 yaşı vardı, evləndirmişdim, amma övladı olmadı, özündən bir nişanə qalmadı. Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi.

Saleh Cocuq Mərcanlının azad olunmasında da iştirak etmişdi, o orada da, Vətən müharibəsində də kiçik sanitar kimi yaralılara kömək edirdi. Salehin necə şəhid olduğunu mayor rütbəli komandiri mənə danışdı. Dedi ki, meşədə ağır yaralıya tibbi yardıma gedərkən düşmən syaperindən atılan atəş nəticəsində yaralanıb, çox qan itirib və şəhid olub. Oktyabrın 12-də

Biləsuvar rayonu Günəşli kənd qəbiristanlığında dəfn edildik, dəfnə icra başçısı Faiq Qürbətov da gəldi, rayonun başqa tanınmış insanları da. Oğlum 

ölkəmizin  ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində böyük igidliklə döyüşüb... Salehin dəfnindən iki gün sonra, oktyabrın 14-də gecə namaz qılırdım, mənə zəng vurub "həyat yoldaşın haradadır" deyə soruşdular. Dedim ki, otağında yatıb. Dedilər ki, otağında yatmayıb, oğlunun "plakatından" tutub ölüb. Yoldaşımın adı Nəzakət idi. Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib gecə ikən onun "plakatından" tutub öldü.  Bu gün tənha qalmışam. Gözüm yolda, qulağım səsdədir..."

Oğlunun şəhid olduqdan sonra 11 medalla təltif edildiyini deyən ata bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" və başqa  medallarla təltif edilib. 

Nəzakət ana böyük oğlunun şəhidliyinə dözə bilməyib və balasının şəklinə sarılıb canını Allaha təslim edib, övladına qovuşub, ruhunu onun ruhuna qatıb. Hər gün boyunu sevib oxşadığı balasının torpağını, məzarını əzizləməyi özünə az bilib ana, ona görə də torpağını balasının torpağına qatıb. Analar şəhid oğullarını qara torpağın altında tək qoymamaq üçün torpağın qoynuna köçürlər. Atalar da boynubükük, qəlbi qırıq, qaməti əyilmiş qalır bu dünyada. Nurəddin ata deyir ki, oğlundan sonra həyat yoldaşının onu tərk etməsi sözün həqiqi mənasında dərdinin üstünə daha böyük dərd qoyub, sinəsinə çalın-çarpaz dağ çəkib. 

Mehriban, səmimi, halal çörəkli Nurəddin atanın yetişdirdiyi Saleh, Dəyanət kimi oğullar bu Vətəni canı, qanı hesabına qoruyan oğullar səfində yer alıb. Saleh canını Azərbaycana qurban verib, Dəyanət də mərdliklə, dəyanətlə döyüşüb, qazi kimi evinə dönüb. Nurəddin Ağayev həm bir şəhid, həm də bir qazi atasıdır. Bir gözü ağlayır, bir gözü gülür. Dəyanət onun gözünü güldürən övladdır, Saleh isə əbədi fəxr və qürur yeridir. Ata söhbətimizin sonunda Respublika Xatirə Kitabı Redaksiyasına şəhidlərimizin adlarını ədəbiləşdirməsinə görə minnətdarlıq etdiyini dedi: "Sağ olsunlar, bizim balaları yaddan çıxmağa qoymurlar. Biz gedəcəyik, amma şəhid balalarımız bu dünyada əbədi yaşayacaqlar. Mən bir şəhid atası kimi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət xanıma və bütün kollektivə təşəkkür edirəm ki, bizim övlatlarımızı yaşadırlar".

Biləsuvar ən çox şəhid verən rayonlarımızdan biridir. Ora şəhidlər diyarıdır, igidlər oylağıdır. Orada Nurəddin dayı kimi atalar igid oğullar yetişdirib Vətənə qurban veriblər. Bu Vətənsə nə bu oğulları, nə də onları yetişdirən ata-anaları unudar. 

İradə SARIYEVA
Biləsuvar-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ